İran bu gün çox güclü zərbə alacaq.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
ABŞ Prezidentinin sözlərinə görə, İranın “pis davranışı” səbəbindən əvvəllər hədəf hesab edilməyən ərazilər və qruplar indi hücuma məruz qala bilər.
Tramp qeyd edib ki, hazırda bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və onlara bir daha atəş açmayacağına söz verib:
“Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumlarına görə verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və nəzarətdə saxlamaq istəyirdilər. Minilliklər ərzində ilk dəfədir ki, İran ətrafdakı Yaxın Şərq ölkələrinə uduzur. Artıq İran “Yaxın Şərqin xuliqanı” deyil, onlar “Yaxın Şərqin məğlubları”dır”.
Qeyd edək ki, bu gün Prezident Məsud Pezeşkian videomüraciətində İranın daha qonşu ölkələrə hücum etməyəcəyini bildirib, hücumlara görə üzr istəyib. Onun sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.