Moskva vilayətinin Putilkovo şəhərində bank filialında partlayış baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.
Partlayış nəticəsində binanın şüşələri və giriş qapıları qırılıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və polis əməkdaşları gedib.
İlkin məlumata görə, partlayışa 16 yaşlı yeniyetmə səbəb olub. O, naməlum şəxslərin telefon təlimatlarına əməl edərək bank filialına bir qutu tezalışan maye gətirərək yandırıb. Yeniyetmə polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma gedir.