Ru
17:32 / 07 Mart 2026

Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq

Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq
Eye

Tədqiqatçıların qiymətləndirməsinə görə, nüvə münaqişəsi baş verərsə, yalnız Avstraliya və Yeni Zellandiya sağ qala biləcək. Bu barədə xarici jurnalistlər nüvə apokalipsisi ssenariləri üzrə ekspert Enni Ceykobsona istinad edərək məlumat veriblər.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “The Daily Mirror” qəzeti yazıb.

Qəzetin Ceykobsona istinadən yazdığına görə, baş verəcək “nüvə müharibəsi” şəraitində kənd təsərrüfatı istehsalını müəyyən dərəcədə qoruyub saxlaya biləcək yeganə ölkələr Avstraliya və Yeni Zelandiyadır. Ekspert bildirib ki, sağ qalan əhali ərzaq uğrunda mübarizə aparmalı və yeraltı həyat tərzi sürməli olacaq.

O qeyd edib ki, Ayova kimi regionlarda (ABŞ-da yerləşən ştat) və Ukraynada yaxın on il ərzində uzunmüddətli qar örtüyü qalacaq və bu da kənd təsərrüfatının tənəzzülünə səbəb olacaq. Onun ehtimalına görə, aqrar sektorun geriləməsi isə öz növbəsində qaçılmaz olaraq insanların kütləvi şəkildə həlak olması ilə nəticələnə bilər.

Mütəxəssis məlumatların təhlili zamanı elmi nəşrlərə və hərbi analitiklərin qiymətləndirmələrinə əsaslanıb. O, 12 min nüvə başlığının kütləvi şəkildə buraxılması ssenarisini modelləşdirib və hesablamalara görə bunun qlobal miqyaslı planetar fəlakətlə nəticələnəcəyi qənaətinə gəlib. Onun qiymətləndirməsinə görə, belə bir zərbədən təxminən 3 milyard insan sağ qala bilər, lakin onların sonrakı həyat şəraiti köklü şəkildə dəyişəcək və son dərəcə ağır olacaq.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Daha əvvəl — 21 iyunda İsrail İranın ən böyük nüvə tədqiqat mərkəzinin yerləşdiyi İsfahana zərbə endirib. Bu obyektlə yanaşı, ölkə ərazisində daha üç mühüm nüvə kompleksi də yerləşir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar