İran ABŞ tərəfindən endiriləcək istənilən yeni zərbə qarşılığında Hörmüz boğazını yenidən bağlayacaq və hər hansı bir hücuma sərt cavab verəcək.
"Bakupost" xəbər verir ki, bu barədə "Press TV" təhlükəsizlik sahəsindəki mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, son 2 günün hadisələri Tehranın qətiyyətini daha da gücləndirib və hərbi strategiyanın yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Mənbə iddia edir ki, İran "Hörmüz boğazı uğrunda döyüşməyə hazırdır", hədəflər siyahısını yeniləyib və istənilən hücuma "mütənasib və ya daha böyük qüvvə ilə" cavab verəcək.
Vurğulanır ki, Tehran ABŞ ilə onun regiondakı müttəfiqləri arasında heç bir fərq qoymur və istənilən təhdidə "qətiyyətli cavab" veriləcək.