Ru
10:41 / 18 Noyabr 2025

İran-Ermənistan enerji layihəsi alınmadı – Tehranın 350 milyonu yoxdur

İran-Ermənistan enerji layihəsi alınmadı – Tehranın 350 milyonu yoxdur
Eye

İranla Ermənistan arasında Araz çayı üzərində elektrik stansiyasının tikintisinə dair 2006-cı ildə imzalanan saziş 18 ildən çoxdur ki, icra olunmur. Layihə Meğri (Ermənistan) və Qaraçılar (İran) adlı iki su elektrik stansiyasının tikintisini nəzərdə tutsa da, əvvəlcə ratifikasiya prosesi illərlə uzanması, indi isə İrandakı maliyyə sıxıntıları üzündən bu günədək tikintiyə başlanılmayıb.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, 2018-ci ildə təsdiqlənərək İran Energetika Nazirliyinə göndərilən sənədə baxmayaraq, layihə üzrə real addımların atılmaması Ermənistan tərəfinin alternativ tərəfdaşlara – ABŞ və Avropaya üz tutması ehtimalını artırır. Mütəxəssislərə görə, mövcud vəziyyət İranın əməkdaşlığa ciddi yanaşmaması təəssüratını yaradır.

Layihənin gerçəkləşməsi daha çox İran üçün əhəmiyyətlidir. Hər biri 150 meqavat gücündə olması nəzərdə tutulan, ümumi dəyəri 350 milyon dollar olan bu stansiyalar fasiləsiz işləyə bilər.

Cavid, BakuPost
Şərhlər
  • Lütvəli Nəcibbullayev

    İran dövləti-hökuməti məgər, daha yüngül və azalan sulardan da bitməz-uzun müddətli atom-nüvə üzərində çalışmırdımı? Onun 350 mln. dola gücü çatmır? Ən yaxın ortağı və Bakı versiyasına görə son illər Rusiyaya tərs gedən Hayestan 8(səkkiz) milyardlıq büdcəsinə dünyanın 4 tərəfindən 4(dörd) milyardlıq hərbi silah sifarış verib? İrəvan son illər elə RFdan qidalanan *təsadüfi* ticarətlə onlarla milyard dollar əlavə qazancı qarşısında 350-700 mln dol nədir ki?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar