İran qadın futbol komandası Asiya Kubokunun açılış oyununda dövlət himnini oxumaqdan imtina edib.
Bakupost.az xəbər verir ki, İran komandası Cənubi Koreya ilə oyun öncəsi himni səssiz şəkildə dinləyib. Komandanın kapitanı və futbolçular oyun başlamadan əvvəl susqunluq nümayiş etdiriblər, komanda məşqçisi isə həmin anda gülümsəyib. Kapitan jurnalistlərin dini lideri Əli Xameneinin ölümü ilə bağlı sualına cavab olaraq, “Düşünürəm ki, bu mövzu artıq bitdi. Soruşduğunuz üçün təşəkkür edirəm. Gəlin, yalnız oyuna fokuslanaq”, – deyib.
Bu hərəkət sosial mediada etiraz əlaməti kimi qiymətləndirilib. Qadın idmançıların addımı “həqiqi feminizmin göstəricisi”, “İran dəyişir” və “rejimə qarşı cəsur mövqe” kimi dəyərləndirilib.
Oyun Cənubi Koreya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, martın 1-də başlayan Asiya Kuboku turniri ayın 25-dək Avstraliyada keçiriləcək.
Cavid, BakuPost