İran İlon Maskın bölgədəki aktivləri ilə bağlı potensial hədəflərin siyahısını genişləndirib.
Bakupost.a "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, növbəti hərbi əməliyyatlar çərçivəsində istifadə oluna biləcəyi iddia edilən hədəflərin siyahısı yenilənib.
Məlumata görə, genişləndirilmiş siyahıya amerikalı milyarder İlon Maskın Qərbi Asiyadakı iqtisadi maraqları ilə bağlı olan bütün obyektlər daxil edilib.
Qeyd olunur ki, buraya regionun bir sıra ərəb ölkələrində yerləşən aktivlər də daxildir.