Ru
19:03 / 14 Mart 2026

İran Kosmik Agentliyinin Tehrandakı mərkəzi dağıdıldı

İran Kosmik Agentliyinin Tehrandakı mərkəzi dağıdıldı
Eye

İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində İran Kosmik Agentliyinin paytaxt Tehranda yerləşən əsas elmi-tədqiqat mərkəzi sıradan çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu məlumatı İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti rəsmi olaraq yayıb.

İsrail rəsmilərinin açıqlamasına görə, vurulan mərkəzdə müxtəlif tədqiqatlar üçün nəzərdə tutulan strateji laboratoriyalar fəaliyyət göstərib, burada kəşfiyyat məlumatlarının toplanması, müşahidələrin aparılması və Yaxın Şərq regionundakı obyektlərin hədəfə alınması məqsədilə hərbi təyinatlı peyklərin yığılması həyata keçirilib.

Bununla yanaşı, hərbi idarə hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi daha bir neçə obyektə də zərbələr endirildiyini diqqətə çatdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar