Ru
17:23 / 14 Mart 2026

Fon der Lyayen ikili standartlarda ittiham edildi

Fon der Lyayen ikili standartlarda ittiham edildi
Eye

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin beynəlxalq hüququn rolu barədəki bəyanatları Qərbin ikili standartlar tətbiq etdiyini göstərir və Ukraynaya göstərilən yardımın əsl məqsədlərinə şübhə yaradır".

Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri yazıb.

Qəzetin yazdığına əsasən, fon der Lyayen avropalı diplomatlarla görüşü zamanı Avropanın bundan sonra "köhnə dünya nizamının mühafizəçisi" qismində çıxış edə bilməyəcəyini və həmin sistemin artıq tarixdə qaldığını vurğulayıb. Məqaləni qələmə alan şəxsin fikrincə, deyilən bu fikirlər İkinci Dünya müharibəsinin ardınca yaradılmış əsas dəyərlərə hüququn üstünlüyü, güc istifadəsinin yolverilməzliyi və diplomatiya prinsiplərinə qarşı inamsızlıq formalaşdırır.

Qeyd edilir ki, bu çıxışdan cəmi iki gün sonra o, beynəlxalq hüquq normalarına və sülhə sadiqliyini ifadə edib. Almaniya mətbuatının rəyinə görə, bu cür təzadlı fikirlər Qərbin ikili standartlarla hərəkət etdiyini açıq şəkildə göstərir. Ukraynaya verilən dəstək qlobal nizamın qorunması adı altında təbliğ edilsə də, reallıqda Qərb dövlətlərinin şəxsi maraqlarına xidmət edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar