Ru
20:46 / 30 Aprel 2026

Azərbaycandakı bu vəziyyət fəlakətdir - HƏYƏCAN TƏBİLİ

Azərbaycandakı bu vəziyyət fəlakətdir -  HƏYƏCAN TƏBİLİ
Eye

Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev qeyd edib.

Politoloq bu ilin yanvar-fevral aylarındakı statistikaya - ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkərək, bunu “demoqrafik fəlakət” adlandırıb.

O bildirib ki, 1000 nəfərə düşən nikah sayı Türkiyədə 6,6, Gürcüstanda 5,9, Ermənistanda 5,1, Macarıstanda 4,9, Almaniyada 4,2, Polşada 3,7, Yunanıstanda isə 3,5-dir.

Avropa ölkələri uzun illərdir ki, nikah sayının aşağı düşməsi, əhali azalmasından əziyyət çəkir. Azərbaycan hətta Avropanın bəzi ölkələrində nikah sayında geri qalır.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda bu səviyyədə nikah azalması olmayıb. Ən aşağı göstərici 1942-ci ildə İkinci Dünya müharibəsinin davam etdiyi və 2020 ildə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar