Ru
22:43 / 30 Aprel 2026

Paşinyan Türkiyə sərhədindən rusları çıxarır

Paşinyan Türkiyə sərhədindən rusları çıxarır
Eye

Ermənistanın İran və Türkiyə ilə sərhədlərini hazırda qoruyan Rusiya sərhədçilərini Ermənistan sərhədçiləri əvəz edəcək.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyan bildirib ki, ölkənin imkanları artdıqca, sərhədin mühafizəsi tədricən yerli qüvvələrin nəzarətinə keçəcək:

"Resurslarımız artdıqca, biz tədricən sərhədin getdikcə daha çox hissəsini nəzarətə götürə bilərik".

Baş nazir qeyd edib ki, Ermənistan tərəfi göstərilən xidmətə görə Rusiya sərhədçilərinə ödəniş edir. Rusiya tərəfi bu xidmətlərin qiymətinin artırılması məsələsini qaldırıb. İrəvan rəhbərliyi isə artan vəsaiti öz sərhəd potensialının inkişafına xərcləməyin zəruri olduğu qənaətinə gəlib.

"Tədricən rusiyalı həmkarlarımız bizim üçün ağır olmayacaq məbləğlər çərçivəsində qalacaqlar, qalan sahələrə isə nəzarəti biz öz üzərimizə götürəcəyik. Bu, müqavilədə nəzərdə tutulub", - deyə baş nazir bildirib.

Fevral ayında Nikol Paşinyan Rusiya hakimiyyətinə Ermənistanın dəmir yollarının konsessiyasını (idarəetməsini) hər iki dövlətə dost olan ölkələrdən birinə satmağı təklif etmişdi. Baş nazir vurğulayıb ki, Ermənistanın Rusiyaya qarşı heç bir etirazı yoxdur, lakin mövcud idarəetmə sistemi ölkə üçün "müəyyən rəqabət itkiləri" yaradır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar