ABŞ Prezidenti Donald Tramp böyük ehtimalla Nobel Sülh Mükafatına namizəd göstərilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpvikenin sözlərinə görə, 2026-cı il Nobel Sülh Mükafatının verilməsi üçün baxılacaq təxminən 287 namizəd arasında çox güman ki, Tramp da olacaq. O qeyd edib ki, bu, hələ rəsmən təsdiq olunmayıb.
Harpviken münaqişələrin sayının artmasına və beynəlxalq əməkdaşlığa olan təzyiqlərə baxmayaraq, Nobel Sülh Mükafatının aktual qaldığını, hazırkı dövrdə isə onun əhəmiyyətinin daha da artdığını vurğulayıb.
Bu il Nobel Sülh Mükafatına mümkün namizədlər arasında Alyaska senatoru Liza Murkovski və Danimarka parlamentinin Qrenlandiyadan olan üzvü Aaya Hemnitsin də adları çəkilir.