Ru
21:04 / 30 Aprel 2026

Türkiyədən İsrailə: Bu, dəniz quldurluğudur!

Türkiyədən İsrailə: Bu, dəniz quldurluğudur!
Eye

Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.


Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.

Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir", - deyə bildirilib.

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri İsrailin dəniz blokadasına etiraz etmək üçün Qəzza zolağına gedən donanmanı ələ keçirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar