İrandan Azərbaycana gətirilən məhsullar Naxçıvan və Ordubad məhsulları adı altında bazara çıxarılır.
Bakupost.az xəbər verir ki, bunu iş adamı Emin Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində təşkil olunmuş "İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması" mövzusunda dəyirmi masada bildirib.
O qeyd edib ki, bu cür hallar narahatlıq doğurur: "Bu məhsullar əsasən orqanik məhsullar adı altında təqdim olunur. Halbuki, Azərbaycanda organik məhsullarla bağlı sertifikatlaşdırma prosesi hələ tam yetərli səviyyədə deyil".