İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai ölkəsinin statusu ilə bağlı beynəlxalq gündəmdə geniş əks-səda doğuran iddialı bir bəyanatla çıxış edib.
Bakupost.az xəbər verir ki, jurnalistin "Amerika fövqəldövlətdir, bəs sizin hansı dayağınız var ki, geri çəkilmir və təslim olmursunuz?" sualına cavab verən Baqai, İranın da eyni statusa malik olduğunu vurğulayıb.
O, "Biz də fövqəldövlətik" deyərək, rəsmi Tehranın bölgədəki və qlobal siyasətdəki iddialarını ən yüksək səviyyədə dilə gətirib.
Bu açıqlama İranın xarici siyasətindəki güzəştsiz mövqeyini və öz hərbi-siyasi potensialına olan inamını nümayiş etdirən növbəti kəskin mesaj kimi qiymətləndirilir.