Ru
11:57 / 15 Yanvar 2026

İran televiziyası sui-qəsd kadrları ilə Trampı hədələdi: “Bu dəfə güllə hədəfə dəyəcək” – VİDEO

İran televiziyası sui-qəsd kadrları ilə Trampı hədələdi: “Bu dəfə güllə hədəfə dəyəcək” – VİDEO
Eye

İranın dövlət televiziyası ABŞ Prezidenti Donald Trampa qarşı kəskin hədələyici mesaj yayımlayıb.

Bakupost.az xəbər verir ki, İran televiziyası canlı yayımda Trampın 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərindəki seçki mitinqi zamanı sui qəsd cəhdinə məruz qalmasına aid foto və mesajlara yer verib. Səslənən ifadələr arasında “bu dəfə güllə yayınmayacaq, hədəfi qaçırmayacaq” sözləri də olub.

Bu hadisə fonunda ABŞ ın Yaxın Şərqdə bir sıra hərbi bazalarında personalın təxliyəsi barədə xəbərdarlıqlar gəlib və bölgədəki gərginlik səngimir.

Trampın özünün 2025-ci ildə İrana qarşı sərt addımlar, etirazçılara dəstək və rejimin davranışına görə nəticə çıxarılması barədə bəyanatları da fon gərginliyini daha da artırıb.

Lakin Tehran rəsmi olaraq ABŞ ın təzyiqlərinə qarşı çıxış edir və sui qəsd cəhdlərini dövlət səviyyəsində dəstəkləmədiyini dəfələrlə rədd edib. İran prezidenti bunu bir sıra müsahibələrdə vurğulayıb və Tehranın belə aktları nəinki planlaşdırmadığını, hətta onlara qarşı olduğunu bildirib.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar