Ru
08:24 / 26 Yanvar 2026

İranda etirazlar zamanı ölənlərin sayı artır: 5 min 848 nəfərə çatdı

İranda etirazlar zamanı ölənlərin sayı artır:  5 min 848 nəfərə çatdı
Eye

İranda ötən ilin 28 dekabr tarixində başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 5 min 848 nəfər həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi açıqlama yayıb.

Məlumatda bildirilir ki, ölənlər arasında 209 hüquq-mühafizə orqanı əməkdaşı da var. Etirazlar ölkənin müxtəlif bölgələrini əhatə edib və kütləvi qarşıdurmalarla müşayiət olunub.

Hüquq müdafiəçilərinin məlumatına əsasən, baş verən hadisələr fonunda 41 min 283 nəfər saxlanılıb. Saxlanılanlar arasında etirazçılar, fəallar və sosial şəbəkələrdə paylaşımlar edən şəxslərin də olduğu qeyd olunur.

Qeyd edək ki, İran Şəhidləri və Veteranları Fondunun bir neçə gün əvvəl yaydığı rəsmi açıqlamada etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3 min 117 nəfərin həlak olduğu bildirilmişdi.

Beləliklə, müstəqil insan haqları qurumlarının açıqladığı rəqəmlərlə rəsmi Tehran tərəfindən səsləndirilən statistika arasında ciddi fərq qalmaqdadır.

Elnur

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar