Ru
10:11 / 26 Yanvar 2026

67 yaşlı anasını qətlə yetirdi - FOTO

67 yaşlı anasını qətlə yetirdi -  FOTO
Eye

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bakupost.az xəbər verir ki, Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Saxlanılan E.Ağayevin H.Ağayevanın oğlu olduğu bildirilir.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar