Ru
19:54 / 27 Noyabr 2020

İranda nüvə alimi qətlə yetirildi FOTOLAR

2091
İranın nüvə sahəsi üzrə fiziki Möhsün Fəxrizadə Tehran əyalətində qətlə yetirilib.

"BakuPost" xəbər verir ki, məlumatı İranın Müdafiə Nazirliyi təsdiq edib. Alim İranının Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri olub.

"Bu gün terrorçular Möhsün Fəxrizadəyə silahlı hücum ediblər. Həkimlər briqadası onun həyatını xilas edə bilməyiblər", - deyə nazirliyin məlumatında deyilir.

"Fars" agentliyinin məlumatına görə, alimə Damovənd rayonunda hücum ediblər. Atışma zamanı daha üç-dörd nəfərin ölə biləcəyi ehtimal olunur. Şahidlər hadisə yerində partlayış olduğunu da bildiriblər.

Bununla yanaşı, İranın Atom Enerjisi üzrə Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi ölkədə nüvə enerjisi sahəsində çalışan bütün alimlərin sağ olduğunu açıqlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər