Ru
12:54 / 12 May 2026

İrandan Trampa Çin xəbərdarlığı: “Pekinə qalib ədası ilə getmə!’”

İrandan Trampa Çin xəbərdarlığı: “Pekinə qalib ədası ilə getmə!’”
Eye

İranın ali dini lideri Müctəba Xamaneyinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ prezidenti Donald Trampın Çin səfəri ilə bağlı sərt açıqlama verib.

Bakupost.az xəbər verir ki, müşavir Trampın İranın hazırkı sakit mövqeyini zəiflik kimi qiymətləndirməməli olduğunu bildirib.

“ABŞ prezidenti Pekinə qələbə havası ilə getməməlidir və əvvəlcə Qərbi Asiyada formalaşan yeni geosiyasi reallığı anlamalıdır”.

O, müharibədə qalib tərəfin İran olduğunu iddia edib və Vaşinqtonun diplomatik müstəvidə üstünlük əldə edəcəyini düşünməməli olduğunu bildirib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar