ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi zərbələr nəticəsində İranın hərbi obyektləri və texnikasına dəyən zərəri əks etdirən yeni görüntülər yayılıb. Məlumatlara görə, görüntülər müxtəlif mənbələr, o cümlədən peyk şəkilləri və hərbi videolar vasitəsilə ictimaiyyətə təqdim olunub.
Bakupost.az Güney Azərbaycan “Telegram” kanallarına istinadın xəbər verir ki, ABŞ və İsrail Hərbi Hava Qüvvələri son əməliyyatlar zamanı İran ərazisində yerləşən bir sıra hərbi hədəfləri, o cümlədən raket buraxılış qurğularını, silah anbarlarını və müdafiə sistemlərini hədəfə alıb. Müttəfiqlər bəyan edib ki, son əməliyyatlar çərçivəsində ölkənin qərb və mərkəzi bölgələrində 400-dən çox hərbi obyektə zərbə endirilib.
Yayılan peyk görüntülərində bəzi raket bazalarının və dəniz qüvvələrinə aid infrastrukturun ciddi ziyan gördüyü, bu səbəbdən İranın müəyyən hərbi imkanlarının müvəqqəti zəiflədiyi iddia olunur.
Ekspertlər qeyd edirlər ki, bu görüntülər regionda gərginliyin daha da artdığı bir dövrdə ortaya çıxır. Son həftələrdə İsrail və ABŞ-nin İran ərazisindəki müxtəlif obyektlərə zərbələr endirdiyi, qarşı tərəfin isə buna raket və pilotsuz aparatlarla cavab verdiyi bildirilir.
Cavid, BakuPost