Ru
15:36 / 05 İyun 2026

İranın gizli “bomba”sı ortaya çıxdı – İki ölkəyə açıq təhdid

İranın gizli “bomba”sı ortaya çıxdı –  İki ölkəyə açıq təhdid
Eye

İsrail Livanda “Hizbullah”ın mövqelərinə hücumları davam etdirsə, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər.


Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Həmidrza Hacı Babayi deyib.

“ABŞ və İsrail hər dəfə təzyiq altında qaldıqda, “Hizbullah”a hücum edirlər. Əgər bu hücumlar dayanmasa, biz zərbə endirəcək və Bab əl-Məndəb boğazını bağlayacağıq”,- deyə o qeyd edib.

Hacı Babayi həmçinin Vaşinqtonun İranın nüvə silahı yarada biləcəyi ilə bağlı narahatlıqlarına münasibət bildirib:

“İranın ən güclü atom bombası Hörmüz boğazıdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar