Ru
14:28 / 09 Oktyabr 2021

İranın ilk prezidenti öldü

İranın ilk prezidenti öldü
Eye

İranın ilk Prezidenti Əbülhəsən Bənisədr bu gün Parisdəki xəstəxanalardan birində 88 yaşında vəfat edib.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ailəsi yayıb.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Bənisədr 1979-cu ildə islam inqilabı nəticəsində iqtidara gələn ruhanilərin dəstəyilə 1980-ci ildə İranın ilk prezidenti seçilsə də, ona qarşı çıxan radikal islamçı zümrənin təzyiqilə elə növbəti il hakimiyyətdən gedib. O, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Sabiq Prezident Fransaya köçüb həyatının qalan hissəsini Parisdə yaşayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar