18 oktyabr 2025-ci il tarixində BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti başa çatır.
Bakupost.az xəbər verir ki, qətnamə 2015-ci ildə İranın nüvə proqramına dair Ümumi Hərəkət Planını (JCPOA) dəstəkləmək üçün qəbul olunub.
Lakin ABŞ 2018-ci ildə sazişdən çıxandan sonra plan tam icra olunmadı. Vaşinqton yenidən danışıqlara hazır olduğunu bildirir, amma Tehran tərəfi ehtiyatlı yanaşır.
Saziş İran və bir neçə vasitəçi ölkə — Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa ilə Avropa İttifaqının iştirakı ilə bağlanıb.
İran beynəlxalq və birtərəfli sanksiyaların ləğvi müqabilində nüvə proqramını MİQATE nəzarəti altında ciddi şəkildə məhdudlaşdırmalı idi.
2018-ci ildən sonra ABŞ-ın çıxması, Avropa ölkələrinin yenidən sanksiyalar tətbiqi və İsrailin hücumları nəticəsində JCPOA effektivliyini itirdi. ABŞ və Avropa tərəfi indi yeni danışıqlar istəyir, lakin İran yalnız rasional və ədalətli danışıqlara razıdır, nüvə silahı yaratmaq niyyətində olmadığını vurğulayır.
Rusiya isə nüvə proqramına nəzarətin bundan sonra yalnız İran-MİQATE müqaviləsi əsasında həyata keçiriləcəyini bildirir və tərəfləri yeni eskalasiya risklərini aradan qaldırmaq üçün danışıqlara çağırır.
Ayxan,
BakuPost