Ru
17:45 / 17 Oktyabr 2022

"İranın təlimləri regionda hərbi gərgilik yaradır" - Politoloq

3028
İranın keçirdiyi təlimlər regional siyasətə destruktiv çalarlar gətirir.


Bunu Bakupost.az -a politoloq İlqar Vəlizadə İranın Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi təlimləri şərh edərkən bildirib.


Politoloq qeyd edib ki, bu təlimlərin qarşılığı olaraq Azərbaycan müdafiə tipli təlimlər keçirə bilər.


"İranın təlimlərinə heç bir hərbi zərurət yoxdur. Son vaxtlar İran rəsmiləri açıqlamalar verirlər ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəyişilməsi hallarını pisləyirik və tərəfləri sülhə çağırırıq. Onlar anlamalıdır ki, heç kim sərhədləri dəyişmək niyyətində deyil. İran rəsmiləri düşünür ki, Azərbaycanın aqressiv planları var və bu cür təlimlərlə onlar Ermənistanın yanında olduqlarnı göstərmək istəyir. Lakin buna heç bir əsas yoxdur. Azərbaycan tərəfi son günlər dəfələrlə Ermənistanı sülhə çağırıb. Sülh danışıqlarının davam etməsi üçün Ermənistan özündə bir məsuliyyət hissi daşımalı, həm də konstruktiv təkliflərlə çıxış etməlidir. Ona görə də bu əsassız təlimlərdir. Bu cür təlimlər regionda hərbi-siyasi gərginliklər yaradır və Azərbaycan tərəfinin müəyyən təlimlər keçirməsinə təkan verə bilər. Bu da regional siyasətə müsbət təsir etməyəcək".


İ.Vəlizadə hesab edir ki, SEPAH komandanının təlimlərlə bağlı açıqlaması təlim yox, məhz hücum əməliyyatı kimi dəyərləndirilə bilər:


"Digər tərəfdən, SEPAH rəsmisin açıqlamasından belə məlum olur ki, İran tərəfi ciddi olaraq müəyyən hücum əməliyyatları həyata keçirməyə hazırlaşır. Kimə hücum edəcək? Çox güman ki, şərti və real rəqib, yaxud düşmən kimi Azərbaycanı görür. Biz bunu yolverilməz addım kimi qiymətləndiririk. Bu heç də antiterror əməliyyatalarına oxşamır. İran tərəfi əks-hücum, yaxud hücum tipli təlimlər aparır. Hücum kimə olacaq? Ermənistana hücum olacağını düşünmürəm. İran tərəfindən keçən Zəngəzur dəhlizinin reallaşdırılması üçün İranla Araz çayı üzərindən körpü salınırdı. Bu təlimlərin İran tərəfindən keçiriləməsi hər iki tərəfin maraqlarına uyğun olan prosesləri şübhə altına alır. Hansısa xülyalarla yaşayan insanlar bu xülyaları həyata keçirəndə acı nəticələrlə üzləşir".


Xatırldaq ki, İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər bu gündən Araz çayı kənarında keçirilən hərbi təlimlər haqda açıqlama verib. Bildirib ki, SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçirilir.


"Helikopterlə manevr və paraşüt əməliyyatları, gecə hücum əməliyyatları, helikopterlə döyüş əməliyyatları, döyüş və kamikadze dronları əməliyyatları, o cümlədən Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi adıçəkilən təlimin müxtəlif mərhələlərini təşkil edir", - deyə SEPAH rəsmisi əlavə edib.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər