Ru
14:23 / 14 Sentyabr 2026

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək?

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək?
Eye

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.

"Bakupost" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

İki ölkə arasındakı razılaşma tezliklə Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan ediləcək.

Məlumata görə, razılaşma İran və Oman arasındakı boğazdan keçən yeni giriş və çıxış yollarının detallarını və spesifikasiyalarını əhatə edir.

Görəsən, bu razılaşmada konkret hansı detallar əks olunub və digər Körfəz ölkələrinin ona münasibəti necə olacaq?

Siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a bildirib ki, İranla Oman arasındakı razılaşmanın detalları indilikdə tam olaraq açıqlanmır və bu vəziyyət hələ bir müddət davam edəcək.


Amma ekspertin fikrincə, Oman İranla ABŞ-nin bölgədəki maraqlarına zidd razılaşmaya gedə bilməz:

“Təxminən 10 gün əvvəl ABŞ Prezidenti Donald Tramp maraqlı bəyanatla çıxış etdi. O bəyan etdi ki, rəsmi Masqat ABŞ-nin maraqlarına zidd hərəkət etməklə onun bölgədəki maraqlarını təhdid edərsə, birmənalı olaraq Oman bombalanacaq. Bu özü onu göstərir ki, neytrallığını qoruyub saxlayan Oman ABŞ ilə qarşı-qarşıya gəlməz. O baxımdan İranla Oman arasında razılaşmada heç bir halda ABŞ-nin maraqlarına qarşı yönəlik başqa maraqlar qoyula bilməz”.

Müsahibimiz düşünür ki, İranla Oman arasında ilkin mərhələdə hansı gəmilərin, gündəlik nə qədərinin və hansı marşurut üzrə buraxılması, naviqasiya sisteminin söndürülüb-söndürülməməsi məsələləri müzakirə edilib:

Körfəzdə yaranmış vəziyyətlə bağlı olaraq ən çətin durumda olan ölkələr Səudiyyə Ərəbistanı və BƏƏ-dir. Münaqişədən daha çox əziyyət çəkən bu iki dövlətdir”.

Həmsöhbətimiz Yəməndəki son hadisələr də toxunaraq qeyd etdi ki, husilərin Bab-əl Məndəbə nəzarət etmələri əslində onların özü üçün bir tələdir:

“Burada Yəmən məsələsi də aktuallığını qoruyub saxlamaqdadır. Hesab edirəm ki, Yəmən məsələsi az da olsa bilərəkdən husilərin xeyrinə şişirdilir. Vaxtilə Səddam Hüseynin dövründə də İraqın hərbi potensialı həddən çox şişirdildi və nəticədə gerçəkdən dünya ictimaiyyəti və qonşu dövlətlər üçün real təhlükə kimi təqdim olundu. Mahiyyət etibarı ilə Səddam Hüseynin devrildiyinin şahidi olduq. Hisilərin də Bab-əl Məndəb boğazına nəzarəti və onların vahid mərkəzdə toplanması məsələsi də düşünülmüş planın bir hissəsidir. Onların bütün güclərini bir yerə səfərbər edib, ardınca taktiki zərbələr endirməklə husilərin Yəmən tarixindən silinməsinə başlanılacaq. ABŞ və ərəb ölkələri İranın proksi qüvvələrinin bölgədə hakim olmasına heç bir halda imkan verməyəcək. Bu məsələdə İraq tərəddüd içində olsa da, digər bütün ərəb ölkələri İsraillə eyni mövqedən çıxış edir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar