Ru
18:25 / 08 Yanvar 2026

İraq “Lukoil”un neft yatağını milliləşdirir

İraq “Lukoil”un neft yatağını milliləşdirir
Eye

İraq Nazirlər Kabineti ABŞ-ın Rusiya şirkəti “Lukoil”a qarşı sanksiyaları ilə bağlı istehsalın dayanıqlığını təmin etmək məqsədilə şirkətə məxsus “Qərbi Kurna-2” neft yatağının milliləşdirilməsi planını təsdiqləyib.


Bakupost.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, dövlət neft şirkəti “Basra Oil” bir il müddətinə neft yatağında əməliyyatları öz üzərinə götürəcək.

“Biz istehsalın fasiləsizliyini təmin etməyə çalışırıq, çünki İraq ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır və 12 ay ərzində ‘Lukoil’un payını alacaq potensial alıcılar axtaracaq”, – Basra Oil-in nümayəndəsi bildirib.

Şərhlər
  • N/nəz. konstr.

    Deməli, heç bir, xüsusilə strateji uzun müddətli ehtiyatı-sərvəti tam (kiməsə, şirkətə, digər ölkəyə satmaq-istismara, ya (95-5)% nisbətdə belə icarəyə verilməsi yüksək sərfə ehtimalı versə də, son günə qədər texnoloji-istismar və yekun nəticə-səmərəsi bilinməz qalır? AzSSR dövründə ölkəmiz, İraq neftinin hasilatında avadanlıq təchizatı və sonrakı tədarükündə mütəxəssis kimi Sovet dövləti ilə yaxından iştirak edib.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar