Ru
20:42 / 02 Dekabr 2019

İş və istirahət gününün vaxtı dəyişdirildi: Yeni ildə bir həftə iş olmayacaq

 İş və istirahət gününün vaxtı dəyişdirildi:  Yeni ildə bir həftə iş olmayacaq
Eye

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar verib.

BakuPost-un
məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1, 2 yanvar Yeni il bayramıdır. Gələn il 4, 5 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il - 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar