Ru
09:36 / 21 Avqust 2026

İşçini maaşdan daha çox nə motivasiya edir? – Yaxşı rəhbər olmağın yolları - VİDEO

İşçini maaşdan daha çox nə motivasiya edir? –  Yaxşı rəhbər olmağın yolları - VİDEO
Eye

“Rabitabank”ın Mərkəz filialının direktoru Fariz Talıbov ICC-nin “Lider Məzunlar” layihəsində bu və digər suallara cavab verib.

18 ilə yaxındır bank sektorunda çalışan F.Talıbovun fikrincə, rəhbərin əsas vəzifəsi yalnız qarşıya qoyulan hədəflərə çatmaq və yaxşı rəqəmlər göstərmək deyil. Rəhbər komandasını tanımalı, əməkdaşlarının problemlərindən və iş yükündən xəbərdar olmalı, onlarla daim ünsiyyətdə olmalıdır.

O, işçinin motivasiyasının yalnız maddi məsələlərdən asılı olması fikri ilə razılaşmır. Fariz Talıbovun sözlərinə görə, əməkdaşın iş yoldaşı ilə münasibətində, iş prosesində, hətta şəxsi həyatında yaranan problem onun motivasiyasına təsir edə bilər. Bəzən rəhbərin kiçik dəstəyi və normal münasibəti belə işçinin motivasiyasını yüksəldə bilir.

F.Talıbov güclü komandanın formalaşmasında rəhbərin öz üzərində işləməsini də vacib sayır:

“Rəhbər nə qədər bilikli və savadlıdırsa, işçiləri də bir o qədər bilikli və savadlı olacaq”.

Onun fikrincə, rəhbər əməkdaşının yanında olmadıqda yüksək nəticə əldə etmək çətindir:

“Filial rəhbəri işçinin yanında olmasa, o filial heç vaxt yüksək nəticə göstərə bilməz”.

Müsahibədə narazı müştərilərlə münasibətdən də danışan Fariz Talıbov hesab edir ki, belə vəziyyətlərdə müştəri və ya işçinin tərəfini tutmaq problemi həll etmir. Əsas məsələ narazılığın səbəbini müəyyənləşdirmək və həll yolu tapmaqdır.

18 illik iş həyatından çıxardığı ən böyük dərsi isə o, komanda ilə əlaqələndirib. Fariz Talıbovun sözlərinə görə, bir təşkilatın uğurunu təkcə rəhbər yaratmır:

“Bir filialın uğurunu kollektiv şəkildə, komanda şəklində yaradırıq. Komanda nə qədər uğurlu olarsa, rəqəmlər də bir o qədər yaxşı görünər”.

F.Talıbov hesab edir ki, rəhbərin əsas uğurlarından biri güclü komanda formalaşdırmaq və həmin komanda ilə nəticəni davamlı etməkdir.

Eltac, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar