ABŞ İsrailin Livana qarşı yeni hava zərbələri endirməsini qadağan edib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"İsrail Livanı artıq bombalamayacaq. Buna ABŞ tərəfindən icazə verilmir. Bəsdir!", – deyə o bildirib.
Tramp 16 apreldə İsrail və Livan arasında 10 günlük atəşkəs rejiminin tətbiq olunduğunu açıqlayıb. Onun sözlərinə görə, bu razılaşma iki ölkə arasında uzunmüddətli sülhün əldə olunmasına zəmin yarada bilər.
Tramp əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aun yaxın günlərdə danışıqlar aparmaq üçün Vaşinqtona dəvət olunublar.