Ru
09:11 / 23 Mart 2026

İsrail növbəti dəfə Tehranı vurdu - VİDEO

İsrail növbəti dəfə Tehranı vurdu - VİDEO
Eye

İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat verib.

Bildirilib ki, şəhər mərkəzi də daxil olmaqla, Tehranın ən azı beş rayonunda bir sıra partlayışlar olub.

"Al Hadath" kanalının məlumatında bildirilib ki, İslam Respublikasının Müdafiə Nazirliyinin yerləşdiyi rayona da hava hücumu edilib, İranın hava hücumundan müdafiə sistemləri Tehranın şimal, şərq və mərkəzi hissələrindəki hədəflərə qarşı fəaliyyətə başlayıb. Milli parkın yerləşdiyi Sorxe Hesar rayonunda ən azı beş partlayış, İran Müdafiə Nazirliyinin kompleksinin yerləşdiyi Nobonyad rayonunda isə bir güclü partlayış baş verib. Şəhərə hava hücumu nəticəsində dəyən ziyan, mümkün dağıntı və ya itki barədə hələlik məlumat verilməyib.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti də Tehranda təyin olunan hədəflərə qarşı bir sıra genişmiqyaslı hücumlar həyata keçirildiyini açıqlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar