Ru
23:59 / 22 Mart 2026

ABŞ istiqrazlarına görə hədəf olacaqsınız – İran spikerindən şok mesaj

ABŞ istiqrazlarına görə hədəf olacaqsınız – İran spikerindən şok mesaj
Eye

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-la bağlı sərt bəyanatla çıxış edib.


Bakupost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ABŞ-ın hərbi bazaları ilə yanaşı, bu ölkənin hərbi büdcəsini maliyyələşdirən maliyyə institutları da “qanuni hədəf” hesab olunur.

Qalibaf qeyd edib ki, ABŞ xəzinədarlıq istiqrazları “iranlıların qanına bulaşıb” və bu istiqrazları alanlar öz aktivlərini risk altına atmış olur:

“Onları alanlar faktiki olaraq öz qərargahlarına və aktivlərinə zərbə almağı qəbul etmiş olurlar. Biz sizin portfellərinizi izləyirik. Bu, son xəbərdarlıqdır”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar