Ru
19:42 / 08 Avqust 2025

İsrail qoşun TOPLAYIR: Yeni HÜCUM

İsrail qoşun TOPLAYIR: Yeni HÜCUM
Eye

İsrail mümkün hərbi əməliyyat üçün Qəzza ilə sərhədə yaxın ərazilərdə qoşun toplayır.

Bakupost.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri (İDF) anklavda hərbi əməliyyatın genişləndirilməsi planlarını həyata keçirmək ehtimalı fonunda sərhəd yaxınlığına qoşun və hərbi texnika cəmləşdirir.

Bu arada Belçikanın xarici işlər naziri Aja Labib Prevost İsrailin Qəzza zolağına tam nəzarət yaratmaq planları ilə əlaqədar İsrail səfirini çağırıb. Brüssel belə bir addımın nəticələrindən narahatlığını ifadə edərək, beynəlxalq hüquqa və “iki dövlət” həllinə hörmətin vacibliyini vurğulayıb.

Bunun fonunda Niderland da Qəzzada vəziyyətin gərginləşməsi ilə əlaqədar İsrailə donanma üçün avadanlıq tədarükünü dayandırıb.

NOS teleradio şirkətinin məlumatına görə, Niderland Xarici İşlər Nazirliyi İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün komponentlərin ixracına dair üç icazəni ləğv edib.

Nazirliyin sözçüsü bildirib ki, bu qərar iyul ayında Qəzzadakı vəziyyətin pisləşməsi səbəbindən qəbul olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar