İsrail Müdafiə Qüvvələri (İDQ) Tehranda Xameneinin yeraltı bunkerinə zərbə endirildiyini bildirib.
Bakupost.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrindən verilən məlumatada bunkerə 50 qırıcı təyyarə ilə zərbələr endirildiyi qeyd edilib.
İDQ-nin məlumatına görə, İranın Ali Lideri tərəfindən təhlükəsiz təcili komandanlıq mərkəzi kimi istifadə üçün nəzərdə tutulan yeraltı hərbi bunker paytaxtın mərkəzindəki rejim rəhbərliyi kompleksinin altında yerləşirdirilibmiş.
O da əlavə edilib ki, Əli Xamenei "Aslanın nəriltisi" əməliyyatı zamanı bunkerdən istifadə etməzdən əvvəl öldürülsə də, İran rejiminin yüksək vəzifəli şəxsləri kompleksdən istifadə etməyə davam ediblər.