Ru
14:37 / 01 Avqust 2020

İsraildə Azərbaycana dəstək yürüşü olacaq

1833
Avqustun 9-da İsrailin Təl-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. "İsraildəki Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə iri miqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq!" şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək.

A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər