İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Edri X hesabında paylaşım edib.
O, ölkənin cənubundakı Sucid kəndinə zərbə endiriləcəyini bildirib.
Sözçü bölgə sakinlərinə təxliyə çağırışı edərək, əhalidən Zəhrani çayının şimalına çəkilmələrini istəyib.