ABŞ administrasiyası Yaxın Şərq regionuna əlavə olaraq 10 minə qədər hərbçi göndərmək imkanını müzakirə edir.
Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” və “Axios” nəşrləri məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin adını açıqlanmasını istəməyən mənbənin məlumatına görə, plan həyata keçirilərsə, yeni qüvvələr artıq regiona göndərilən təxminən 5 min dəniz piyadası və 82-ci Hava Desant Diviziyası hərbçilərinə qoşulacaq.
Pentaqon hesab edir ki, bu addım prezident Donald Tramp administrasiyasına hərbi baxımdan “daha geniş manevr imkanları” verə bilər.
Eyni zamanda qeyd olunur ki, Vaşinqton rəsmi olaraq Tehranla danışıqların davam etdiyini bildirsə də, Pentaqon paralel şəkildə İrana qarşı mümkün “son zərbə” ssenarilərini də hazırlayır. Bu planlar arasında quru əməliyyatı variantının da müzakirə edildiyi iddia olunur.
Mənbələrin yazdığına görə, əlavə qoşunların göndərilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Bu qərarın gələn həftə verilə biləcəyi və əsasən ABŞ–İran danışıqlarının gedişindən asılı olacağı bildirilir.
Cavid, BakuPost