Noyabrın 3-də İstanbulda Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə İsrail və Fələstin arasındakı gərginliyin həlli istiqamətində toplantı keçirilib.
Bakupost.az xəbər verir ki, iclas Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirlərinin iştirakı ilə baş tutub.
 
Toplantıda İsrail və Fələstin arasında əldə olunan atəşkəsin davamlı sülhə çevrilməsi istiqamətində müsəlman ölkələrinin koordinasiyalı şəkildə hərəkət etməsinin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb, BMT platformalarında atılacaq addımlara dair məsləhətləşmələrin və sıx koordinasiyanın davam etdirilməsinin önəmi vurğulanıb.