Ru
01:21 / 28 Sentyabr 2019

İTV-də yanğın - FOTO

8001

Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.

Genişlənən yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilir.

Hazırda ərazidə yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşını cəlb olunub.

Bir qədər sonra yanğın söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər