ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında CNN jurnalistinin sualına sərt reaksiya verib.
"Bakupost"un məlumatına görə, o, jurnalisti "saxta müxbir" adlandırıb, sualı isə hörmətsizlik kimi qiymətləndirib.
Belə ki, CNN jurnalisti Alayna Treene Ağ Evdəki gərginlik zamanı ABŞ hərbi gəmisi olan "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisindəki şəraitin pisləşməsi və ərzaq çatışmazlığı iddiaları barədə sual verməyə çalışıb.