Ru
14:54 / 06 Noyabr 2025

Kadi 2 ay oynaya bilməyəcək

Kadi 2 ay oynaya bilməyəcək
Eye

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin durumuna aydınlıq gəlib.

Bakupost.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi oyundan dərhal sonra “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, 20 nömrəli formanı tərlədən futbolçunun müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qyrban Qurbanov oyundan sonraı mətbuat konfransında Kadi Borgesin zədəsinin ciddi ola biləcəyi ilə bağlı narahatlığını dilə gətirmişdi:

“Hazırda nəsə deyə bilmirəm. Sabah onun vəziyyətini daha dəqiq öyrənəcəyik. Lakin düşünürəm ki, zədəsi ciddi ola bilər. Deyəsən, ayağındakı sümüklərdən birində sınıq yaranıb. İnanırıq ki, Kadinin zədəsi yüngül olacaq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar