Ru
13:21 / 08 Oktyabr 2025

Yazıçıdan Tahir İmanova sərt reaksiya: Dərd çəkmək əvəzinə yaltaqlanırsan

Yazıçıdan Tahir İmanova sərt reaksiya: Dərd çəkmək əvəzinə yaltaqlanırsan
Eye

Yazıçı Şərif Ağayar Əməkdar artist Tahir İmanovun dünən paylaşdığı videomüraciətə cavab olaraq bir sıra tənqidi fikirlər səsləndirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Yazıçı paylaşımında bunları qeyd edib:

“Tahir bəy, Allah qardaşına rəhmət eləsin. Məsələ budur ki, dərd çəkməkdən çox yaltaqlandığını hiss edirik. Yumor çox ciddi silahdır. O, gücə quyruq bulayanda təlxəkliyə çevrilir. Lütfən özünə və qardaşının ruhuna hörmət elə. Tənqidi fikirlərə gəlincə, sadə bir şeydir... Molla hamımız üçün soruşacaq: halallıq verirsiz? Şəxsən mən Cabir İmanova halallıq verirəm, istedadlı adam idi, tanrı səhvlərini bağışlasın... Haqqını halal eləməyənlər də var və əsaslandırırlar... Arqumentlərə cavab verin lütfən... Nə dırnaqarası jurnalistlər? Video var, fakt var, Şuşa ilə "risovka"lıq eləmək xilas yolu deyil axı. A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan? Hansı şüurdur bu? Utanmırsan? Olmaz, qarabağlı qardaş. Ölüm faktında yaltaqlığa yer yoxdur. Az qala deyirsən ki, uğurlu daxili siyasət nəticəsində qardaşım öldü... Özünü çox alçaltma lütfən. Hacıbala Abutalıbov şarjına çevrilmə. Kədəri adam balası kimi yaşa. Düşün ki, qardaşıma niyə halallıq verməyənlər var? Harda və necə səhv etdi? Həyasızlıq eləmə. Ayıbdır, əzizim. Utan azca. Çox pis görünür e kənardan... Vallah...”

Qeyd edək ki, dünən Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov, qardaşı Əməkdar artist Cabir İmanovun vəfatından sonra ilk dəfə sosial şəbəkədə videomüraciət yayımlayıb. O, dəstək göstərən hər kəsə təşəkkür edib və bəzi jurnalistlər, xaricdə yaşayan blogerlərin səsləndirdiyi fikirlərə yaxın zamanda cavab verəcəyini bildirib.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar