Ru
11:16 / 30 İyul 2019

Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi – ADU ətrafında yeni qalmaqal

Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi  – ADU ətrafında yeni qalmaqal
Eye



Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

 

BakuPost xəbər verir ki,  rektor baş redaktordan təkzib, üzr və pul tələb edir. İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.





 

 

Məlumata görə K.Abdulla jurnalistlə yanaşı içdən çıxardığı müəllimləri də məhkəməyə verib. 



Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.







 

Məsələ ilə bağlı Əvəz Zeynallı BakuPost-a bildirib ki, məsələdən bu gün xəbər tutub: "Hələ iddia ərizəsi ilə tanış olmamışam. Amma təəccüb içindəyəm. Hörmətli Kamal Abdulla belə naşı addımı neçə ata bilər. İnşallah məhkəmədə üz-üzə gələrik, ona sözümü deyərəm”.

 

Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq. İşə Binəqədi Məhkəməsi baxacaq. 



E.Mirzəyev

BakuPost





Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi  – ADU ətrafında yeni qalmaqal
Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi  – ADU ətrafında yeni qalmaqal
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar