Ru
10:41 / 11 Sentyabr 2025

Direktor müavininin meyiti kanaldan tapıldı

Direktor müavininin meyiti kanaldan tapıldı
Eye

Bərdə rayonunda kanaldan orta yaşlı qadın meyiti tapılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, meyit sentyabrın 9-da saat 9.00 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb.

Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib.

Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar