Bu gün Ukraynanın Lvov şəhəri yaxınlığndakı Zaxar Berkut dağındakı qış kurortunda kanat xəttində problem yaranıb.
Bakupost.az “Unian”a istindən xəbər verir ki, hadisə nəticəsində 39-u uşaq olmaqla 78 nəfər insan hündürlükdə qalıb. Hadisə səhər saatlarında baş verib. İnsanları aşağı endirmək üçün təcili xilasetmə əməliyyatı başlayıb.
Xilasetmə nəticəsində 22-si uşaq olmaqla 42 nəfər təhlükəsiz şəkildə endirilib. Geri qalanların da endirilməsi üçün 42 xilasedici və bir neçə xüsusi texnika səfərbər olunub.
Xilasedicilər dağlıq mühitdə və soyuq hava şəraitində əməliyyatı davam etdirir və hadisənin səbəbləri hələlik açıqlanmır. Kanat yolunun qəfil xarab olması turist və xizəksürənlərin təhlükəsizliyi üçün ciddi narahatlıq yaradıb.
Cavid, BakuPost