Ru
13:40 / 12 Oktyabr 2019

Keçmiş məmur 20 milyard mənimsəməkdə günahlandırılır

2161
20 milyard rubl mənimsəməkdə şübhəli bilinən Çelyabinsk vilayətinin keçmiş qubernatoru Boris Dubrovski barəsində başlanan istintaqdan gizlənib.


BakuPost.az xəbər verir ki, “TASS” agentliyi bu barədə iş materialları ilə tanış olan mənbəyə istinadən məlumat verib.


Agentliyin həmsöhbətinin sözlərinə görə, o, hazırda İsveçrədədir. Rusiyanı tam olaraq nə vaxt tərk etdiyi barədə məlumat verilmir.


Bundan əvvəl, keçmiş qubernatorun vəkili İqor Trunov Dubrovskiyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə iddiasının irəli sürüldüyünü söyləyib. Büdcə vəsaitlərinin mənimsənilməsi halında ziyan 20 milyard rubldan çoxdur. İstintaq hesab edir ki, vəzifəli şəxs 2016-cı ildən 2018-ci ilə qədər cinayət əməlləri törədib.


Qeyd edilir ki, Dubrovski 2014-cü ildə Çelyabinsk bölgəsinə rəhbərlik edib. O, 2019-cu ilin mart ayında Rusiya prezidenti Vladimir Putinə istefa məktubu göndərib. Qubernatorun sözlərinə görə, bu, onun şəxsi qərarı olub.


2016-cı ildə Dubrovski beynəlxalq jurnalistlər qrupu tərəfindən ofşor məmurlar barədə "Panama sənədləri" adlandırılan apardığı araşdırmada müttəhimlərdən biri olub. Onların sözlərinə görə, o, qubernator kimi dəfələrlə öz şirkətlərinin veksellərini ofşor şirkət vasitəsi ilə alıb. Bundan sonra da Baş Prokurorluq siyasətçinin iş fəaliyyətində yoxlamalara başlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər