Ru
08:16 / 17 Oktyabr 2021

“Kimin adamı varsa fəxri adı da o alır” - Buna niyə nəzarət yoxdu?

5799
“Deyəcəyəm aparıcılara bu gündən məni efirdə fəxri adımla təqdim etməsinlər, çünki utanıram. Məni daha həyatda təəccübləndirən bir şey yoxdur, heç nəyin marağı yoxdur mənim üçün. Xalq artisti fəxri adı mənim haqqım idi, mən toydan səhnəyə gəlməmişəm, lazım olanda səhnədən toya getmişəm. Sırf toy müğənnisi olmamışam. Getdiyim toylar dönüb konsert olub. Mən görən sənətkarları daha heç kim görə bilməyəcək. Onlar artıq gəlib-getdilər. Nazirlərin ailələrindəki toyların 99 faizini mənimlə Akif İslamzadə oxuyub. Bilmirəm ki, niyə məni görmürlər?! Tələbələrim xalq artistidir, mən isə əməkdar. Bu nə dərəcədə doğrudur? Mən heç vaxt ad-san üçün, villa üçün, bər-bəzəkli donlar üçün oxumamışam”
Bakupost.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Firuzə İbadova deyib. O daha sonra əlavə edib.

“Kimin adamı varsa fəxri adı da o alır. Fəxri ad almaq üçün oxumaq lazım deyil, elə ağzını aç, yum sənə ad verəcəklər. Zəmanə açıq-saçıq geyinən, səhnə mədəniyyəti bilməyənlərindir. Mən nə telefonlara baxmıram, nə də sosial şəbəkələrə. Bu gün mənə dedilər ki, jurnalist Vüqar İmanov sənin haqda bir status yazıb ki, Firuzə İbadova çoxdan xalq artisti olmalı idi. Mənim o şəxsə çox böyük hörmətim var. Ona deyin ki, öpürəm əllərindən. Sevənlərim ildən-ilə artır, bunu mən dana bilmərəm. Necə asan oldu əməkdar artist, xalq artisti fəxri adlarını almaq?! Azərbaycan dilində təmiz danışa bilməyən adama əməkdar artist fəxri adı verirsiniz! Utanmırsınız? Niyə bunlara nəzarət edən yoxdur? Dəfələrlə prezidentə məktub yazmışam, heç biri gedib ünvana çatmayıb. Bizim məktublarımızı prezidentdən gizlədirlər, bilmirəm məqsədləri nədir?! Bu dünyanın gedişinə məəttəl qalmışam! Yerimiz səhv düşüb, bundan böyük faciə ola bilməz! Röya Ayxan bir dəfə canlı efirdə dedi ki, Firuzə İbadova mənimlə üz-üzə gələndə mən çaşıram, utanıram. Çünki o zaman Röya da əməkdar artist fəxri adını almışdı. Mənim indi 67 yaşım var, toya gedən vaxtımdır? Yaxşı, bəs toya getməsəm necə dolanaram? Bir deputatımız da tutub milyonluq bağımı əlimdən aldı. 30 kvadratlıq evdə necə yaşayıramsa, bunu bir Allah bilir. İndinin özündə də əziyyət çəkirəm! İştirak etmədiyim dövlət tədbiri, kolxoz, sovxoz qalmayıb. İsti-soyuq bilmədən kənd bə kənd gəzib dolanmışıq, insanların üzündə təbəssüm yaratmışıq. Biz gedib əziyyət çəkməliyik, onlar da uşaq-muşağa ad verməlidirlər? Vallah ayıbdır, günahdır! Allah göydən baxır!. Olmayan işgəncələri verib bizi sənətdən küsdürdülər” deyə əməkdar artist bildirib.
Şərhlər
  • t.ədalət

    Fəxri adlasr satılır,ya da ki keçmiş sovet dövründə xüsusi xidmət orqanlarına xidmət edənlərə verilir.Milli dəyərlərə görə hələ heç kimə hansısa fəxri ad,yaxud mükafat verilmir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər