Ru
22:59 / 11 May 2021

Kimlər fitrə verə bilməz?

4157
“Borclu insan, ehtiyac içində olan şəxs fitrə-zəkat verə bilməz”.

Bakupost.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında ilahiyyatçı alim Hacı Surxay Məmmədli Ramazan ayında vacib buyurulan fitrə-zəkatla bağlı qaydaları izah edərkən bildirib.

O, fitrə-zəkatın məbləğini də açıqlayıb:

“Ramazan bayramı ilə bağlı müsəlman olan hər kəs vacib əməlləri yerinə yetirməlidir. Bunlardan biri də fitrə-zəkatdır.

Fitrə sözünün mənası yaradılış deməkdir. Yəni körpə uşaq dünyaya gələndə onun heç bir günahı olmur. Sona qədər Ramazanın qaydalarına əməl edən insanlar o körpə uşaq kimi məsumdur. Hədislərdə belə qəbul olunur.

Hər insan adambaşına 5-10 manat pul çıxarıb qonşuluğunda olan imkansız, xəstəsi, yaxud da borcu olan insana verə bilər. Maddi vəziyyətindən asılı olaraq, bu məbləğ daha artıq da ola bilər. Borclu insan, ehtiayc içində olan şəxs fitrə-zəkat verə bilməz. Fitrə vermək maddi durumu yaxşı olan insanlara aiddir. Belə deyirlər ki, əvvəl evin içi, sonra çölü. Əgər imkansız, yaxud xəstə yaxın qohumun varsa, fitrəni ona da vermək olar”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər