Ru
14:59 / 09 Dekabr 2019

Kişi dərmandan zəhərlənib öldü - Gəncədə bədbəxt hadisə

Kişi dərmandan zəhərlənib öldü -  Gəncədə bədbəxt hadisə
Eye

Gəncədə dərman zəhərlənməsindən ölüm hadisəsi baş verib.

BakuPost-un məlumatına görə, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Məhərrəmli Məzahir Hökmalı oğlu xəstəliyi ilə bağlı dərman qəbul edib. Bir müddətdən sonra M.Məhərrəmlinin vəziyyəti daha da ağırlaşıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yərləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, xeyiri olmayıb. M.Məhərrəmlinin həyatını xilas etmək mümkün olmayıb.


İlkin ehtimala görə, M.Məhərrəmli xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatını həkim təyinatı olmadan içib və zəhərlənmədən ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar