Ru
16:47 / 02 Fevral 2026

Könül Kərimovadan Vəfaya mahnı qadağası – “Belə olmaz” - VİDEO

Könül Kərimovadan Vəfaya mahnı qadağası – “Belə olmaz” - VİDEO
Eye

Əməkdar artist Könül Kərimova müğənni Vəfa Şərifovaya yeni mahnısını ifa etməyə qadağa qoyub.


Bakupost.az xəbər verir ki, bu barədə o, ATV kanalında yayımlanan “Rəngarəng” verilişində bildirib.

Belə ki, Vəfa Şərifova müğənninin “Yar başına dönüm sənin” adlı mahnısının sözlərini dəyişdirərək ifa edib.

Könül Kərimova mahnının dəyişilməsinin qəti əleyhinədir. O, mahnının youtube yüklənəcəyi təqdirdə, sildirəcəyini də vurğulayıb.

Vəfa Şərifova isə məsələ ilə bağlı açıqlamasında mahnını almaq üçün pul xərclədiyini qeyd edib.

Qeyd edək ki, “Yar başına dönüm sənin” mahnısının müəllifi Zemfira Əlişqızıdır.

Yasəmən,
BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar